Mühəndislik, avtomatlaşdırma və rəqəmsal həllər bir nöqtədə
"16 sentyabr 2024-cü il tarixində fəaliyyətə başlayan Electrosoft MMC, mühəndislik və texnoloji innovasiyaların kəsişməsində qurulmuşdur. Gənc və dinamik şirkət olmağımıza baxmayaraq, sənayenin ən kritik sahələrində dəqiq həllər təklif edirik. Şirkətimiz sənaye və məişət obyektləri üçün yüksək texnologiyalı Tərs Osmos (Reverse Osmosis) sistemlərinin fərdi layihələndirilməsi və peşəkar quraşdırılmasından tutmuş, istehsal proseslərinin tam avtomatlaşdırılmasına qədər geniş spektrli xidmətlər təqdim edir.Bizim mühəndislik fəlsəfəmiz sadəcə xidmət göstərmək deyil, həm də istehsalat xətlərində elektronikadan qaynaqlanan ən mürəkkəb texniki xətaların diaqnostikası və operativ bərpası vasitəsilə tərəfdaşlarımızın fasiləsiz fəaliyyətini təmin etməkdir. Electrosoft MMC olaraq, müştərilərimizə A-dan Z-yə kompleks həllər təklif edirik: bura mühəndislik hesablamaları ilə yanaşı, həm də sənaye sensorlarının, elektron komponentlərin və su təmizləmə avadanlıqlarının qlobal təchizatı daxildir.Geniş logistik şəbəkəmiz vasitəsilə Amerika, Türkiyə, Çin, Hindistan və Tayland kimi ölkələrin aparıcı istehsalçılarından orijinal avadanlıqların birbaşa təminatını həyata keçiririk. Əsas məqsədimiz, ən müasir mühəndislik həllərini və PLC/SCADA əsaslı idarəetmə sistemlərini tətbiq etməklə müəssisələrin rəqəmsal transformasiyasına töhfə vermək, iş proseslərində maksimum səmərəlilik və keyfiyyət qazandırmaqdır.
Missiyamız mürəkkəb texniki məsələləri ölçülə bilən, dayanıqlı və servis oluna bilən həllərə çevirməkdir.
Zavoddan ofisə qədər tam texniki ekosistem
Layihələndirmə, quraşdırma, inteqrasiya və servis — vahid komandadan.
Proses Avtomatlaşdırma
PLC / SCADA / HMI proqramlaşdırma, sənaye şəbəkələri və tam xətt avtomatlaşdırılması.
Ətraflı →Proqram Təminatı
Mühasibatlıq, HR, restoran/hotel, vergi, fitness kart sistemləri və veb saytlar.
Ətraflı →Elektronika Təmiri
PLC, HMI, VFD və PCB komponent səviyyəsində diaqnostika və bərpa.
Ətraflı →Kamera & Təhlükəsizlik
CCTV, video analitika, giriş nəzarəti, turniket və səs sistemləri.
Ətraflı →Təchizat Xidməti
Sensorlar, membranlar, PLC/HMI və VFD təchizatı.
Ətraflı →Su Təmizləmə & RO
Fərdi Tərs Osmos sistemləri, filtrasiya, dozajlama və real-vaxt monitorinq.
Ətraflı →Real obyektlərdə real nəticələr
SCADA, RO, elektrik panelləri və proses inteqrasiyası üzrə seçilmiş işlər.

Crescent Residence
BakıElectrosoft MMC - Sənaye Avtomatlaşdırması və Mühəndislik

Meysəri Layihəsi
MeysəriÇox filtrli təmizləmə, SCADA və elektrik panelləri.

Kəlbəcər İsti Su
KəlbəcərSCADA, dozajlama (HCL, NaOH, SMBS) və elektrik panelləri.

Beton Zavod
Bakıİstehsalat xətti üçün elektrik panelinin yığılması.

Qobustan Nasosxana
QobustanVFD və kontaktorlarla təchiz olunmuş elektrik paneli.

Pirallahı Layihəsi
PirallahıElektrik panelləri və say göstəricili idarəetmə paneli.

Göygöl AzerGold
GöygölElektrik panellərinin yığılması və istismara verilməsi.

İsmayıllı Şərab Sexi
İsmayıllıSCADA sisteminin qurulması və inteqrasiyası.

BigStore MMC RO sistemi
Qum filtr inteqrasiyası və vahid PLC/HMI idarəetməsi.
Etibar etdiyimiz sənaye brendləri
Orijinal avadanlıq və birbaşa istehsalçı kanalları ilə təchizat.







Sisteminizi birlikdə quraq
Yeni layihə, modernizasiya, servis və ya texniki təchizat üçün bizə yazın.
